Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Zəngəzur Milli Parkının yaranması günü ilə bağlı tədbir keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasında Zəngəzur Milli Parkının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Zəngəzur Milli Parkının yaranması günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, ekspertlərin və ekokönüllülərinin iştirakı ilə keçirilən tədbirdə milli parkın mütəxəssisləri tərəfindən parkın zəngin biomüxtəlifliyi, turizm potensialı barədə iştirakçılara məlumatlar verilib.

Eyni zamanda, iştirakçılar üçün milli park ərazisinə ekskursiya təşkil edilib və parkdakı fauna və flora növləri göstərilib.

Qeyd edək ki, ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü "Qırmızı Kitab"a daxil edilib. Naxçıvan Muxtar Respublikasında rast gəlinən 62-yə qədər məməli heyvan və ya yarımnövünün 32-sinə  Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Milli parkın ərazisində eyni zamanda, canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. 

Zəngəzur Milli Parkının ərazisi ali və nadir bitkilərlə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü milli parkın ərazisində mövcuddur.