Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

09 sentyabr  2022-ci il tarixdə Sədərək rayonu ərazisində növbəti monitorinq keçirilmiş, eyni zamanda Sədərək rayon Su Monitorinq Laboratoriyasında analizlər aparılmışdır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.
Növbəti  monitorinq 09 sentyabr  2022-ci il tarixdə Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Dəmirçi kəndləri ərazisində keçirilmişdir. Monitorinq zamanı adları çəkilən ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilmiş, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilmişdir.
Rayonun mövcud sututarlarında, içməli sularında ilkin analizlər aparılmış və su nümunələri götürülmüşdür. Həmçinin, Sədərək rayon Su Monitorinq Laboratoriyasında Araz və Arpaçayının  muxtar respublika ərazisinə daxil olan hissəsindən və Şir arxından götürülmüş su nümunələrində suların ilkin analizi, ağır metalların miqdarı və eyni zamanda radioaktivliyi təyin etmək məqsədilə analizlər aparılmışdır. 
Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilmişdir ki, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublika ərazisində monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.