Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar təmizlik aksiyası keçirilib

            5 iyun 2023- cü il tarixində “Dünya ətraf mühitin mühafızəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, “Ekologiya Könüllüləri” və Naxçıvan “ ASAN könüllüləri”nin iştirakı ilə Şahbuz rayon Kolanı kənd ərazisinin çay sahillərində təmizlik aksiyası keçirilib. Təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.


         Təmizlik aksiyasının ardından gənclər, Akadamik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yerləşən muzey binasına baxış keçirirərək burada zəngin flora və fauna ehtiyyatları ilə yaxından tanış olublar.
Tədbir iştirakçılarına eyni zamanda, xüxusi mühafizə olunan təbiət əraziləri haqqında geniş informasiya verilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.