Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Arpaçay su anbarının və Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmış və analizlər aparılaraq içməli suların keyfiyyəti öyrənilmişdir

Tədbirlər planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin iştirakı ilə birgə Arpaçay su anbarının və Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmışdır.
İçməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin içməli su anbarının çıxış  hissəsindən su nümunələri götürülərək "Photoflex" cihazı vasitəsilə analizləri aparılmışdır. Aparılan analizlərdə suların tərkibində pH-ı , temperaturu, bulanıqlığı , anion və kationların və digər elementlərin miqdarı təyin edilmişdir.
Həmçinin Arpaçayının  muxtar respublika ərazisinə daxil olan hissəsindən götürülmüş su nümunəsində  ilkin analizlər aparılmış, ağır metalların miqdarı və eyni zamanda radioaktivliyi təyin etmək məqsədilə Sədərək rayon Su Monitorinq Laboratoriyasında aparılmışdır. 
Aparılmış analizlərdə sularda çirklənmə hallarının yol verilən qatılıq həddini keçmədiyini və ekoloji tələblərə uyğun olduğu müəyyən edilmişdir.
Bundan sonra da təlimata uyğun olaraq bu kimi tədbirlər həyata keçiriləcəkdir.