Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"AzerGold" QSC mütəxəssisləri hamiliyə verilmiş ixtisas tələbələri ilə öz təcrübələrini bölüşüblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hamiliyə verilmiş Memarlıq və Mühəndislik fakültəsinin Geologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə tələbələrin bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılır.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında   imzalanmış əməkdaşlıq haqqında memorandumun bir bəndi də ali təhsil müəssisələri tələbələrinə "AzerGold" mütəxəssisləri tərəfindən əyani və praktik biliklərin çatdırılması nəzərdə tutulmuşdur.
08 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən hamiliyə verilmiş ixtisas tələbələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə  şöbə müdiri Şövqi Əliyev Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları, yerüstü və yeraltı sərvətləri barədə məlumat vermiş, “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rəşxan Qaraşlı, Şamil Zabitov, Fərid Murtuzov və Elmi Qurbanlı  tərəfindən Cəmiyyətin ümumi fəaliyyəti, insan kapitalının idarə olunması təhsil müəssisələri ilə əməkdaşlıq, Culfa  rayonunun Göydağ sahəsində aparılan geoloji kəşfiyyat işləri, ekoloji standartlara uyğun işlərin aparılması ilə bağlı öz təcrübələrini bölüşmüşlər. Daha sonra tədbir iştirakçılarına, videoçarx və təqdimatlar göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Sonda aktivliyi ilə seçilən tələbələrə xatirə hədiyyələri təqdim olunmuşdur.