Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Biçənəkkəndi yaxınlığındakı "Zərnətün" adlanan ərazidə 5 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu  Biçənəkkəndi yaxınlığındakı "Zərnətün" adlanan ərazidə 5 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin  zamanı ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrinin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və yağış eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirləri digər ərazilərdə də davam etdirilir.