Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

BMT-nin FAO və UNDP təşkilatının və Azərbaycandakı nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında 3 günlük səfərdə olublar. 

4 oktyabr tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və UNDP - nin (BMT-nin İnkişaf Proqramı) beynəlxalq mütəxəssiləri və Azərbaycandakı nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında 3 günlük səfərdə olublar. 
Səfərin birinci  günü Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş baş tutub. Görüş zamanı Naxçıvan Muxtar Respublikasında birgə icra olunacaq layihələr müzakirə edilib.

 Səfərin ikinci günü Zəngəzur Milli Parkında endemik fauna və flora növlərinin qorunması, tullantıların idarə edilməsi, meşəsalma, meşəbərpa tədbirləri ilə bağlı və bir sıra digər layihələr haqqında danışıqlar baş tutub. Onlar həmçinin Zəngəzur Milli Parkının işçi heyət ilə görüşüb.

6 oktyabr tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və UNDP - nin (BMT-nin İnkişaf Proqramı) beynəlxalq mütəxəssiləri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində səfərdə olduqları müddətdə müxtəlif layihələrin Naxçıvan Muxtar Respublikasında icra edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və prioritetlər müəyyənləşdirilib.