Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

BMT-nin FAO və UNDP təşkilatlarının beynəlxalq ekspertləri və Azərbaycandakı nümayəndələri ilə görüş keçirilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində BMT-nin FAO və UNDP təşkilatlarının beynəlxalq ekspertləri və Azərbaycandakı nümayəndələri ilə görüş keçirilmişdir. Görüş zamanı Naxçıvan Muxtar Respublikasında birgə icra olunacaq layihələr müzakirə edilib. Beynəlxalq təşkilatların nümayəndələri Naxçıvanda 3 günlük səfərdə olacaqlar. Sabah Zəngəzur Milli Parkına planlaşdırılan səfərdə endemik fauna və flora növlərinin qorunması, tullantıların idarə edilməsi, meşəsalma, meşəbərpa tədbirləri ilə bağlı və bir sıra digər layihələr haqqında müzakirələrin aparılması nəzərdə tutulmuşdur.