Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı bu gün Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyd olunub.

Nazirliyin kollektivi öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb və çıxışlarla davam edib.