Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Çöl heyvanlarının daha çox məskunlaşdığı Ordubad rayonunda “Xorxat dağı” adlanan ərazidə biotexniki tədbir keçirilmişdir.

Muxtar respublikamızın ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar aləmi də rəngarəngdir. Fauna biomüxtəlifliyinə sahib diyarımızda heyvanların qorunması üçün lazımi tədbirlər həyata keçirilir. Xüsusilə qış fəslində torpaq sahəsinin və bitki örtüyünün qalın qarla örtülməsi bir çox heyvanların qida əldə etməsinə çətinliklər yaradır. Heyvanat aləminin qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə onların kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlər keçirilir. Bu tədbirlər çöl heyvanlarının alternativ qida mənbələri axtarışının, başqa ərazilərə miqrasiyasının və nəsil artımının azalmasının qarşısının alınmasında vacib rol oynayır.
   19 yanvar 2024-cü il tarixdə çöl heyvanlarının daha çox məskunlaşdığı Ordubad rayonunda “Xorxat dağı” adlanan ərazidə biotexniki tədbir keçirilmişdir.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən həmin ərazidə, 20 kip qaba yem və 200 kiloqramdan çox daşduz dağıdılmışdır.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcək.