Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Culfa rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev vətəndaş qəbulu qrafikinə uyğun olaraq 29 yanvar 2024-cü il tarixdə Culfa rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirib. Qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib.

Vətəndaşların dövlət yaylaq fondundan istifadə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Çevirisine bak