Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbir keçirilmişdir

   Nazirliyin, tabeli idarələrinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev xalqımızın birlik və vətənə sədaqətinin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” münasibəti ilə kollektivi təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışıb.
Tədbirin sonunda səmərəli əmək fəaliyyətinə görə fərqlənən əməkdaşlara və aktiv könüllülərə təşəkkürnamələr verilmişdir.