Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Dünyanın ən bahalı mayesi! 1 litri 10 milyon dollar!

Zəhəri ilə sizi bir neçə dəqiqə içində öldürə bilən bu heyvan olduqca qiymətlidir. Bu dərəcədə təhlükəli olan qara əqrəb təkcə insanları deyil, heyvanları da bir neçə dəqiqə içində öldürə bilər. Lakin işin maraqlı olan qismi bu deyil.
Qara əqrəbin ölümcül zəhəri olduqca bahalıdır: 1 litri 10 milyon dollar! Dünyanın ən bahalı mayesi qara əqrəb zəhəridir! .
Qara əqrəb Azərbaycanda da mövcuddur. 4 yarımnövü әhatә edәn qara әqrәb Azәrbaycanda rast gәlinәn әn iri әqrәbdir. Əqrəblərin zәhәri tibdә geniş istifadә edilir. Bir çox bioloji proseslәrin öyrәnilmәsi zamanı әvәz edilmәz komponentdir. Kənd evlərində və tövlələrdə qara əqrəblərlə qarşılaşmaq olduqca normaldır. Zəhərdən alınan antigen, xərçəng və beyin şişi kimi bir çox xəstəlik üçün də faydalıdır. Litri 10 milyon dollar olduğunu qeyd etdik, ancaq zəhəri əldə etmək o qədər də asan deyil. Əqrəb ayda bir dəfə zəhərini verir və bu zəhər cəmi bir və ya iki damla olur.

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnzibati binasında “Qara əqrəb” -in həyat fəaliyyətin məhsulunun (zəhərinin) əldə olunması məqsədilə təsərrüfat yaratmaq istəyən vətəndaşlarla görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev iştirak etmiş vətəndaşların təkliflərini dinləmiş və mövzu ətrafında öz fikirlərini bildirmişdir.
Nazirliyinin şöbə müdiri Tural Əsgərov qanunvericilik sahəsi üzrə məlumatlar vermiş və təsərrüfatın yaradılması ilə bağlı qoyulan tələblər vətəndaşların diqqətinə çatdırılmışdır. Tədbirin sonunda mövzu ətrafında müzakirələr olunmuş və aidəyəti şəxslərə kağız formatında məlumatlar təqdim olunmuşdur.
Sonda mövzuya uyğun videoçarx izlənilmişdir.