Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ekologiya ixtisasının tələbələri və Ekologiya Könüllülərinin iştirakı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında tədbir keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Bioresurslar İnstitutu (Naxçıvan), Ekologiya ixtisasının tələbələri və Ekologiya Könüllülərinin iştirakı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında tədbir keçirilib.
   Tədbirdə iştirakçılara Milli parkın nadir fauna və flora növləri haqqında məlumat verilib onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Zəngəzur Milli Parkı ərazisi öz faunası, florası və landşaftı ilə olduqca zəngindir. Bütün bu fauna -floraya aid bitki və heyvan növlərinin qorunması üçün Milli Parkın əməkdaşları tərəfindən bir sıra mühüm tədbirlər görülür. Beləki turistlərlə və yerli sakinlərlə müntəzəm olaraq marifləndirici işlər aparılır.