Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Faydalı qazıntı yataqlarından səmərəli istifadə olunması və “dağ- mədən ayırması” statusunun verilməsi qaydaları haqqında fiziki şəxslərə maarifləndirmə tədbiri keçirilmişdir.

14 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyində faydalı qazıntı yataqlarından səmərəli istifadə olunması və “dağ- mədən ayırması” statusunun verilməsi qaydaları haqqında fiziki şəxslərə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir zamanı fiziki şəxslərə “Ətraf mühitin mühafizəsi” və “Yerin təki haqqında” qanunları barədə məlumatlar verilmiş və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Tədbirin sonunda  hazırlanmış bildirişlər onlara paylanmışdır.