Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Haçadağa yürüş təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bugün Xocalı soyqırımı qurbanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə  Federasiyanın 4 dağçısının və Türkiyə Respublikasından gələn 6 dağçının iştirakı ilə Haçadağa yürüş keçirilmişdir. Dağçılar  şəhidlərimizin, Türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfəri şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət bayraqları açılıb. Tədbiri başa vuran dağçılar geri qayıdıblar.