Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"Könüllü qızlar arasında Voleybol" idman yarışı keçirilmişdir.

“Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində, 04.12.2023-cü il tarixində Naxçıvan şəhərində yerləşən, İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Könüllü qızlar arasında Voleybol" idman yarışı keçirilmişdir. Keçirilən yarışda, "Ekologiya Könüllüləri" -nin fəal üzvləri, "Ekoloqlar" adı altında birləşərək iştirak etmişdir. Yarış əsnasında könüllülərimiz rəqiblərini üstələyərək finala vəsiqə qazanmışdır.

Final mərhələsində rəqib komanda "Könüllü Gömrükçülər" -dən üstün olan "Ekoloqlar" yarışın qalibi olmuşdur.

Bu münasibətilə könüllülərimizi ürəkdən təbrik edir, daha böyük uğurlar əldə etmələrini diləyirik!