Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Könüllülər tərəfindən müəyyən olunmuş ərazilərə daşduz dağıdılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə "ekologiya könüllüləri" tərəfindən Ordubad Dövlət Təbiət Yasaqlığının Nehrəm dağı ərazisində biotexniki tədbir keçirilib. 
Könüllülər tərəfindən müəyyən olunmuş ərazilərə 500 kiloqramdan çox daşduz dağıdılıb.
Tədbirin keçirilməsində əsas məqsəd fauna ehtiyatlarının mühafizəsi və artırılmasında biotexniki tədbirlərin əhəmiyyətini əyani şəkildə göstərmək, həmçinin ərazi üçün səciyyəvi olan muflon və dağ keçilərinin duza olan tələbatını qismən ödəməkdən ibarətdir.