Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvan Dövlət Universitetinin "ekologiya mühəndisliyi" ixtisaslı tələbələrinin Zəngəzur Milli Parkının Batabat ərazisinə ekskursiyası təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan edilmişdir. 28 noyabrda isə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər planı hazırlanmış və icrası təmin edilir.

Bu tədbirlərin davamı kimi 16 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin "ekologiya mühəndisliyi" ixtisaslı tələbələrinin Zəngəzur Milli Parkının Batabat ərazisinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya çərçivəsində tələbələrə informasiya mərkəzində treninq keçirilmiş, Milli Park haqqında onlara ətraflı məlumat verilmişdir.

Treninq zamanı ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin ekologiya sahəsindəki müdrik siyasəti tələbələrin diqqətinə çatdırılmış, xüsusi mühafizə olunan təbiət əraziləri, onların əhəmiyyəti,  mühafizə olunan flora və fauna ehtiyatları haqqında ətraflı məlumat verilmiş, onlara milli parkın turizm potensialını, flora və fauna ehtiyatlarını əks etdirən videoçarx nümayiş etdirilmişdir. Daha sonra tələbələr informasiya mərkəzindəki muzey fondu ilə tanış olmuşdurlar.
Tədbirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin vaxtilə müəyyən etdiyi ekoloji siyasətin bu gün də uğurla davam etdirilməsində və doğma təbiətimizin mühafizəsi sahəsində gənclərin rolunun artırılmasıdır. 

Ekskursiyada Universitetin 30-a yaxın tələbəsi iştirak etmişdir.