Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Növbəti monitorinq 20 sentyabr 2022-ci il tarixdə Şərur rayonunun Mahmudkənd, Vayxır və Cəlilkənd kəndləri ərazisində keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.
Növbəti  monitorinq 20 sentyabr  2022-ci il tarixdə Şərur rayonunun Mahmudkənd, Vayxır və Cəlilkənd kəndləri ərazisində keçirilmişdir. Monitorinq zamanı adları çəkilən ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilmiş, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilmişdir. Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılmış və su nümunələri götürülmüşdür. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilmişdir ki, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublika ərazisində monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.