Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Pürcuvar Dövlət Meşəsi ərazisində hamiliyə verilmiş ixtisas tələbələrinin iştirakı ilə yeni meyvə bağı salınmışdır

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Naxçıvan MR Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli sərəncamının icrası məqsədilə 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Memarlıq və Mühəndislik”  fakultəsinin “Ekologiya mühəndisliyi”  və “Geologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində Pürcuvar Dövlət Meşəsi ərazisində olmuşlar. Burada onlara meyvə bağlarının salınması, onların əhəmiyyəti və əkin texnologiyası haqqında məlumat verilmişdir. Sonra tələbələr  ərazidə ağac əkini qaydaları ilə tanış olmuş və yeni  meyvə bağının salınmasında iştirak etmişlər.