Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Şərur rayonunun Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Gümüşlü, Şahbulaq kənd ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimaiyyətin hüquqi və ekoloji maarifləndirilməsi tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Gümüşlü və Şahbulaq kənd ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimaiyyətin hüquqi və ekoloji maarifləndirilməsi tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd insanların ekoloji təhsilini artırmaq və qəbul edilmiş hüquqi aktlar barədə maarifləndirməklə ətraf mühitin biomüxtəlifliyinin qorunmasında hər kəsin hüquq və vəzifələrini izah etməkdir.

Təbiəti qorumaq hər kəsin vətəndaşlıq borcudur və hər kəs əsl vətəndaş mövqeyi nümayiş etdirməli, vətənini, onun təbiətini sevməli və qorumalıdır.