Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Toxum üsulu ilə əkin işi aparılmışdır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq kəndi ərazisində toxum üsulu ilə əkin işi aparılmışdır. Əkin  zamanı əsasən ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarından istifadə edilmişdir. Əkin işləri şırım üsulu ilə hazırlanmış ərazidə icra edilmiş və əkin zamanı 5 hektar sahədə əsasən yemişan, həmərsin, alça, badamça və iydə toxumlarından istifadə edilmişdir. Bu kimi tədbirlər digər ərazilərdə də davam etdiriləcəkdir.