Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Xanlar Mustafayev xarici şirkət nümayəndəsi ilə görüşüb, Naxçıvanın perspektivləri müzakirə edilib. 

Xanlar Mustafayev xarici şirkət nümayəndəsi ilə görüşüb, Naxçıvanın perspektivləri müzakirə edilib. 

 Sentyabrın 15-də baş nazir Əli Əsədov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Təfsilatlı Tədbirlər planında nəzərdə tutulan məsələlərdən biri də potensial sənaye sahələri üzrə layihələrin hazırlanması və bu layihələrə investisyaların cəlb edilməsidir. 

Naxçıvan muxtar respublikasının təbii sərvətlərinin zəngin olduğunu nəzərə alsaq, bu sahələrə də investisya yatırmaq mümküdür. Tədbirlər planında da nəzərdə tutulur ki, filiz və qeyri-filiz xammal ehtiyatlarının, şirin və termal su yataqlarının potensialına uyğun olaraq investorlar üçün dəyər təkliflərinin hazırlanması həyata keçirilsin. Artıq bu istiqamətdə aid qurumlar tərəfində müəyyən işlər görülür. 

Bu işlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev Türkiyənin “Berus Maden İşletmeleri” və “BAYKAR Teknoloji" şirkətinin nümayəndəsi ilə görüşüb. Görüş zamanı Naxçıvanda mis-porfir, molibden və sink yataqlarının perspektivləri və xarici investorların bura cəlbi müzakirə edilib. 
Növbəti belə görüşün Ankarada keçirilməsi planlaşdırılır.