Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlarına üzvlük vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar Nazirliyin inzibati binasında tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeli qurumlarının Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlarına üzvlük vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar Nazirliyin inzibati binasında tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Nazirliyin partiya ərazi təşkilatının sədri İradə İbrahimovanın və Yeni Azərbaycan Partiyasına yeni üzv olan Nurxan Əliyevin çıxışları dinlənilib.
Tədbirin sonunda yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib.